Ermənipərəst senator-dələduz istefa verməyi planlaşdırır
Robert Menendez uzun illər ABŞ Konqresində yüksək vəzifələr tutub
ABŞ məhkəməsi tərəfindən korrupsiyada və digər ölkələrin maraqlarını lobbiçilikdə təqsirli bilinən senator Robert Menendez istefa verməyi planlaşdırır. Bu barədə "Fox News" kanalı siyasətçiyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, vəzifədən getməsi uzun illər Konqresdə yüksək vəzifələr tutan Menendezin təxminən 30 illik karyerasının başa çatmasına gətirib çıxaracaq.
Xatirladaq ki, ABŞ-ın Andlılar Məhkəməsi Demokratlar partiyasından olan ermənipərəst senator Robert Menendezi korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla, 16 ittihamın hamısında təqsirli bilib.