Ermənipərəst senator Robert Menendezə 20 ilə qədər iş düşür
Menendez ədalətin təntənəsinə mane olmaqda, pul tələb etməkdə və fırıldaqçılıqda təqsirli bilinib
Ötən gün ABŞ-ın Andlılar Məhkəməsi Demokratlar partiyasından olan ermənipərəst senator Robert Menendezi korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla, 16 ittihamın hamısında təqsirli bilib.
Bu barədə CNN xəbər verir.
Qeyd olunub ki, Menendez həm ədalətin təntənəsinə mane olmaqda, həm də pul tələb etməkdə və fırıldaqçılıqda təqsirli bilinib.
Senator bütün maddələr üzrə təqsirini rədd edir. Elan olunmuş ittihamlarla onu 20 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Menendes Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılsa da, Konqresin yuxarı palatasında fəaliyyətini davam etdirib. O, komitə rəhbəri olduğu dövrdə ermənipərəst mövqeyi və anti-Azərbaycan və anti-Türkiyə fəlaiyyəti ilə diqqət çəkmişdi.
Qeyd edək ki, Robert Menendez 2020-ci ildə Nadin Arslanyanla evlənib.