Nigerdə silahlılar kəndə hücum edib, ölənlər var
Motosikletli terrorçular yeddi nəfəri öldürüblər
Silahlılar Nigerin cənub-qərbindəki Tillaberi bölgəsində yerləşən Dosso Kurequ kəndinə hücum ediblər.
Bu barədə xarici media xəbər verir.
Qeyd olunub ki, terrorçulardan ibarət dəstə motosikletlərlə əhalinin məskunlaşdığı əraziyə gəlib və yeddi mülki vətəndaşı öldürdükdən sonra mal-qaranı oğurlayıblar.
Hazırda hökumət ordusunun bölmələri yaraqlıların izinə düşərək onları məhv etməyə çalışır.
Qeyd edək ki, Tilaberi bölgəsi üç ölkə ilə sərhəd zonada (Burkina Faso, Mali və Nigerin qovşağında) yerləşir.