Qırğızıstanda “Rus Evi”nin əməkdaşı həbs edilib
Bu barədə Qırğızıstanın Ali Məhkəməsi məlumat yayıb

Qırğızıstanda “Rus Evi”nin ("Русский Дом") əməkdaşı Rusiya ordusuna muzdluları cəlb etməkdə şübhəli bilinərək həbs edilib.
Bu barədə Qırğızıstanın Ali Məhkəməsi məlumat yayıb.
Hazırda vətəndaşlığı dəqiqləşdirilən şübhəli Nataliya Sekerina Qırğızıstan Cinayət Məcəlləsinin muzdluların başqa dövlətlərin silahlı münaqişələrində istifadə etmək məqsədi ilə cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, təlimi və ya dövlət hakimiyyətini devirməyə, habelə dövlət hakimiyyətini devirməyə yönəlmiş zorakılıq hərəkətləri ilə bağlı maddəsi ilə aparılan istintaq çərçivəsində saxlanılıb.
Bildirilib ki, bu işlə bağlı ümumilikdə dörd nəfər, o cümlədən Oş meriyasının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkin saxlanılıb. O, muzdluların toplanması və hazırlanmasını təşkil etməkdə ittiham olunur.
Qeyd edək ki, Rusiya ərazisində AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Bakıdakı "Rus evi" bu il fevralın 11-dən fəaliyyətini dayandırıb və bağlanıb.