Şamaxı qəbiristanlığında ər arvadını öldürüb YENİLƏNİB
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil

16:20
Şamaxıda arvadını qətlə yetirməkdə şübhəli bilinən Vüsal Hidayətov saxlanılıb.
Rayon sakini Vüsal Hidayətov həyat yoldaşı Sevda Hidayətovanı qətlə yetirməkdə şübhəli bilinir.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
V. Hidayətov saxlanılaraq istintaqa təhvil verilib.
***
15:41
Şamaxıda qətl hadisəsi törədilib.
Hadisə rayon qəbiristanlığında qeydə alınıb.
İlkin məlumata görə, ər öz arvadını şəhər qəbiristanlığında öldürüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub.
Fakt araşdırılır.