ADY Dərnəgül stansiyasının tikintisinə başlayıb
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.
Bu barədə "Trend"ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Layihə çərçivəsində stansiyada 4 ədəd platforma, 2 ədəd turniket binası inşa olunacaq.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır.
Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir.