XƏBƏRLƏR / Münaqişə

Ağdam rayonu atəşə tutuldu

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib

Ağdam rayonu atəşə tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    "Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", - məlumatda qeyd edilir.