XƏBƏRLƏR / Qayıdış

Ağdam-Xankəndi dəmir yolu xətti sürətlə inşa edilir FOTO

Bu barədə Azərbaycan Dəmir Yolları xəbər verir

Ağdam-Xankəndi dəmir yolu xətti sürətlə inşa edilir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Dəmir Yolları xəbər verir ki, Ağdam-Xankəndi dəmir yolu xəttində işlər fəal şəkildə davam edir.
    Dəmir yolu xəttinin layihələndirilməsi 81%, tikinti-quraşdırma işləri isə 29% başa çatıb.

    Dəmir yolu xəttinin ümumi uzunluğu 28 kilometr və ya yan yollar da daxil olmaqla 30,8 kilometrdir.

    Üç yeni stansiyanın tikintisi planlaşdırılır: Əsgəran, Xocalı və Xankəndi dəmir yolu və avtovağzal kompleksi.