Ağdamda ermənilərin dağıtdığı "Fərhad" heykəli bərpa olunur
Bu barədə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib FOTO

2026-cı ildə Ağdamda erməni işğalçıları tərəfindən dağıdılan şəhərin simvollarından biri olan Fərhadın heykəli ucaldılacaq.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Fərhad heykəli üzərində işlərin gedişi ilə tanış olub.
Adı çəkilən qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, abidənin yaxın vaxtlarda Ağdamın mərkəzi parkında ucaldılması planlaşdırılır.
Qeyd olunur ki, E.Hüseynov hazırda tamamlanma işləri aparılan heykəlin hazırkı vəziyyəti ilə şəxsən tanış olub.
Xatırladaq ki, azərbaycanlı heykəltəraş, xalq rəssamı Tokay Məmmədovun yaratdığı Fərhad heykəlinin bərpası ilə bağlı məlumat 2025-ci ilin fevralında ortaya çıxıb. Bu iş xalq rəssamı Hüseyn Haqverdiyevə həvalə edilib.