Ağdamda insana məxsus kəllə sümüyü aşkarlanıb
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib
Noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkar edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.