Ağdamda polis əməkdaşı minaya düşüb YENİLƏNİB
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın birgə məlumatında bildirilir

11:00
Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata əsasən, 1988-ci il təvəllüdlü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
***
02:38
İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.