Cəbrayıla da qar yağıb FOTO
Şəhərdə qarın ən çox sevincini yaşayan isə uşaqlar olub
Cəbrayıl şəhər sakinləri günə qarın sevinci ilə oyanıblar. Ağ örpəyə bürünən şəhər gözəlliyi ilə diqqət çəkir.
Ölkəmizin bir sıra bölgələrində olduğu kimi, gecə saatlarından Cəbrayıl şəhərinə də qar yağmağa başlayıb. Bir neçə saat ərazində ətraf tamamilə ağ örpəklə örtülüb. Şəhərdə qarın ən çox sevincini yaşayan isə uşaqlar olub.