XƏBƏRLƏR / Kriminal

Ağdamda tapılan sümüklər ermənilərin öldürdüyü şəxslərindir

Bu barədə rayon prokurorluğundan məlumat verilib

Ağdamda tapılan sümüklər ermənilərin öldürdüyü şəxslərindir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdamda tapılan sümüklər Ermənistan hərbçilərinin odlu silahla öldürdüyü şəxslərə aiddir 

    Bu barədə rayon prokurorluğundan məlumat verilib.

    Ümumilikdə15 sümük aşkarlanıb. 24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə rayon prokurorluğuna müraciət daxil olub. 

    Sarıcalı kəndindən keçən Ağcabədi-Ağdam yolunun sağ və sol tərəflərində qazıntı işləri aparılıb.

    15 ədəd sümük aşkar edilərək ekspertiza aparılması məqsədilə müvafiq qaydada götürülüb.