Qayıdış

Ağdam,Füzuli, Xocavəndin cəmi 30 faizi minalardan təmizlənib

Bunu Prezidentin bu rayonlardakı xüsusi nümayəndəsi Emin Hüseynov deyib

Ağdam,Füzuli, Xocavəndin cəmi 30 faizi minalardan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağdam, Füzuli və Xocavənd rayonlarının ümumi ərazisinin 30 faizi minalardan təmizlənib.

    Bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı səsləndirib.

    Minalardan təmizlənmə işləri barədə məlumat verən E.Hüseynov qeyd edib ki, Ağdam şəhəri faktiki olaraq minalardan təmizlənsə də, rayonun böyük bir hissəsi təmas xəttinə düşdüyü üçün çox çirklənib, amma yenə də təmizləmə işi aparılır.

    Onun sözlərinə görə, Ağdam rayonu ərazisinin 51,24 faizi, Füzulinin 67,76 faizi, Xocavənd rayonunun isə 7,56 faizi minalardan təmizlənmiş hesab olunur. Ümumilikdə, sözügedən rayonlar üzrə bütün ərazinin 30 faizi artıq minalardan təmizlənmiş hesab olunur.