Ağdamın işğalı - həqiqət, fakt və sübutlar VİDEO
Bir çoxları Ağdamın işğal gününü 23 İyul hesab edir. Amma mən 23, 24 və 25 iyulda hələ Ağdamda idim...
1993-cü ilin iyulunda şiddətli döyüşlər gedirdi artıq şəhərin içində, amma ağdamlılar doğma torpaqlarının hər bir qarışına, hər bir evə görə amansız döyüş aparırdılar. Və, bu gün düşünürəm, onların şücaəti qiymətləndirilməlidir!
Şükür Allaha ki, Birinci Qarabağ müharibəsini anbaan çəkdiyimdən bu gün videodərsliklərimiz və vacib sübutlarımız var.
Bəli, Azərbaycan Xalqı Qarabağı tam azad etdi - bu böyük zəfərdir. Buna görə ilk növbədə Birinci və İkinci Qarabağ müharibələrinin Şəhidləri, mərd özünümüdafiə batalyonları, könüllülər və başda Ali Baş Komandan olmaqla nizamlı ordumuza minnətdarıq!
Lakin tariximizi unutmamalıyıq. Müharibədə nəinki düşmən, eyni zamanda daxili satqınlar da savaşmağa əngəl olur. Bu torpaqlara bir dəfə qəsd edənlər bunu bir dəfə də edə bilərlər. Düzdür, onlar bu gün zəifdir və mənəvi qırılıblar, amma vaxt bütün yaraları sağaldır və dünyanın işini bilmək mümkün deyil. Müharibədən ən azı bir nəfər siyasi və ya iqtisadi qazanc əldə edə bilərsə, müharibənin olması labüddür. Koçaryan və Sarkisyanları unutmayaq.

Bu səbəbdən Ağdamın və digər rayonlarımızın işğal günlərini mediamız mütləq şəkildə qeyd etməli və bütün Xalqa daim bizə qarşı təcavüzü nümayiş etdirməlidir. Sülh istəyiriksə, müharibəyə daim hazır olmalıyıq və başımıza gələn dərdləri unutmamalıyıq!
ANS müharibə vaxtı materialları rus və azərbaycanca yayımlayırdı. Bəzi hallarda biz erməni dilində də verilişlər edirdik ki, əks tərəfin planlarını poza bilək... İnformasiya müharibəsi gedirdi. Düşünürəm bu gün də bu müharibə davam etməlidir. Əsas odur ki, qələbəmiz bizi filin başına qaldırsa da, onun qulağında yatmayaq.
Reportyor Vahid Mustafayevdir.