Qayıdış

Köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb YENİLƏNİB

Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 207 nəfər qayıdıb

Köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:15

    Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb, mənzillərin açarları təqdim edilib.

    Bununla Kəngərli kəndinə Bakıdan 15 ailə (65 nəfər), Ağdam rayonundan 12 ailə (47 nəfər), Bərdə rayonundan 12 ailə (45 nəfər), Yevlax şəhərindən 8 ailə (35 nəfər), Göyçay rayonundan 2 ailə (9 nəfər), Zərdab rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 50 ailə (207 nəfər) köçürülüb.

    ***

    13:14

    Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb.

    Bununla Kəngərli kəndinə Bakıdan 15 ailə (65 nəfər), Ağdam rayonundan 12 ailə (47 nəfər), Bərdə rayonundan 12 ailə (45 nəfər), Yevlax şəhərindən 8 ailə (35 nəfər), Göyçay rayonundan 2 ailə (9 nəfər), Zərdab rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 50 ailə (207 nəfər) köçürülüb.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

    ***

    07:36

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 306 nəfər (90 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 342 nəfər (85 ailə)
    Ballıca (Xocalı rayonu) - 801 nəfər (170 ailə)
    Cəbrayıl — 2303 nəfər (512 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 767 nəfər (184 ailə)
    Kəngərli (Ağdam) - 207 nəfər (50 ailə)  

    Cəmi: 13 938 nəfər