XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb YENİLƏNİB

Bu mərhələdə kəndə 13 ailə köçürülüb

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 13:51

    Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

    Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

    ***

    12:43

    Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb.

    Bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülüb.

    Qayıdışı təmin olunan ailələr respublikanın müxtəlif bölgələrində çətin şəraitdə yaşayan ailələrdir. Ailələr doğma yurdlarında qayıdan ailələrin mənzilləri müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub.

    ***

    12:23

    Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

    Bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür.

    Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2177 nəfər (590 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 592 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 95 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 477 nəfər (110 ailə)
    Ballıca (Xocalı rayonu) - 1016 nəfər (228 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 378 nəfər (110 ailə)
    Təzəbinə (Xocalı) - 561 nəfər (128 ailə)
    Xıdırlı (Ağdam) - 1986 nəfər (508 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 374 nəfər (96 ailə)
    Şuşakənd (Xocalı) - 230 nəfər (61 ailə)
    Qırmızı Bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 105 nəfər (27 ailə)
    Badara (Xocalı) - 136 nəfər (36 ailə)
    Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 450 nəfər (108 ailə)
    Horovlu (Cəbrayıl) - 541 nəfər (132 ailə)
    Məmmədbəyli (Zəngilan) 464 nəfər (93 ailə)

    Cəmi: 22 477 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 mindən çox insan yaşayır.