XƏBƏRLƏR / Qayıdış

Kəlbəcərdə yollar qardan təmizləndi

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir

Kəlbəcərdə yollar qardan təmizləndi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollar qardan təmizlənib.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər verir.

    Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcərə yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb, yollar qardan təmizlənib. Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub.