Qayıdış

Elçin Yusubov: Xankəndinin yeni baş planı da hazırlanır

Prezidentinin xüsusi nümayəndəsi Diplomatik korpusun qarşısında çıxış edib

Elçin Yusubov: Xankəndinin yeni baş planı da hazırlanır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidentinin Xankəndi, Xocalı və Ağdərə rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov Diplomatik korpusun qarşısındakı çıxışında azad edilmiş ərazilərdəki vəziyyət haqda hesabat verib:

    • Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan təbii sərvətlərini talayıb,
    • Ermənistan 30 ildir ki, Azərbaycana qarşı ağır hərbi cinayətlər törədir:
    • Həmin dövrdə mövcud infrastruktur baxımsız qalıb, meşələr qırılıb, su hövzələri çirkləndirilib, təbii sərvətlər talan edilib. Azərbaycan xalqına məxsus dini və mədəniyyət abidələri dağıdılıb, tarixi abidələrimiz saxtalaşdırılıb, qəbirlər dağıdılıb.
    • İşğal zamanı Xankəndinin memarlıq üslubuna ciddi ziyan dəyib; burada müasir şəhər həyatının tələblərinə cavab verən bir sistem də quraşdırılmamışdır.
    • İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri zamanı Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş azərbaycanlıların kütləvi məzarlıqları aşkar edilib.
    • Xankəndi, Ağdərə, Xocalıda 439 sahibkarlıq subyektindən 30 milyon manat məbləğində investisiya qoyulub.
    • Hazırda yerli və xarici investorlar üçün əlverişli şərait yaradılır.
    • Bu ərazilərdə ilin sonuna kimi 3 mindən çox insan işlə təmin olunacaq.
    • Xankəndi hava limanının tikintisi davam edir.
    • Burada, həmçinin yeni müasir yollar, dəmir yolları, müasir su elektrik stansiyası tikilir, yaşıl enerji prinsipinə əsaslanan alternativ enerjidən istifadə genişlənir, işğal zamanı kəsilmiş meşələrin bərpası istiqamətində işlər davam etdirilir.
    • Xankəndinin yeni baş planı da hazırlanır.
    • Müasir infrastruktur qurulur. Minatəmizləmə işləri sürətlə davam etdirilir. İşğal zamanı dağıdılan kəndlərimiz bərpa olunur. Xankəndi, Ağdərə və Xocalının 7 yaşayış məntəqəsinə 12 min insan köçürülüb.