Aİ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
Aİ xarici işlər nazirləri Brüsseldə həm də Ukrayna, Fələstin-İsrail münaqişəsi və Rusiya sanksiyalarını müzakirə edəcəklər

Bazar ertəsi, yanvarın 22-də Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edəcəklər, Rusiya mətbuatı yüksək səviyyəli Avropa mənbəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrel Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı təqdimatla çıxış edəcək.
Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin müzakirə edəcəyi digər məsələlər arasında Ukraynaya hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və 13-cü anti-Rusiya sanksiyalar paketi daxildir.