XƏBƏRLƏR / Siyasət

Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirədə

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundiç ilə görüşüb

Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirədə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.

    Bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    "Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikirlərimizi bölüşdük. Birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma sahələrində təşəbbüsləri, əməkdaşlığın şaxələndirilməsi imkanlarını vurğuladıq", - deyə o qeyd edib.