XƏBƏRLƏR / Sanksiya

Aİ gələn həftə Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edəcək

Bunu Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Həddad LCI telekanalına bildirib

Aİ gələn həftə Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqı noyabrın 16-sı Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edəcək.

    Bunu Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Həddad LCI telekanalına bildirib.

    Onun sözlərinə görə, Rusiya ilə bağlı 150 müəssisə və 50 banka sanksiyalar tətbiq ediləcək.

    “Biz Rusiyaya iqtisadi təzyiq göstərməyə və Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - nazir qeyd edib.