XƏBƏRLƏR / Sanksiya

Britaniya Rusiyaya görə 2 Gürcüstan kanalına sanksiya qoyub

London onları “Rusiyanın dezinformasiyasında” iştirak etməkdə ittiham edir

Britaniya Rusiyaya görə 2 Gürcüstan kanalına sanksiya qoyub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində Gürcüstanın iki telekompaniyası – “İmedi” və “PosTv"ni “qara siyahı”ya salıb.

    London onları “Rusiyanın dezinformasiyasında” iştirak etməkdə ittiham edir.

    Rəsmi açıqlamaya görə, yuxarıda adı çəkilən televiziya şirkətləri müntəzəm olaraq aşağıdakı fikirləri təbliğ edən reportajlar yayımlayırlar:

    ▪️Ukrayna hökuməti və prezidenti qanunsuzdur
    ▪️Ukrayna Qərbin kuklasıdır
    ▪️Ukrayna korrupsiyalaşmış dövlətdir
    ▪️Ukrayna və Qərb Gürcüstanda stabilliyi pozmağa çalışır

    Britaniya hökuməti hər iki televiziya şirkətinə qarşı aktivlərin dondurulması, direktorların diskvalifikasiyası və etibar xidmətlərinin göstərilməsinə məhdudiyyətlər daxil olmaqla sanksiyalar tətbiq edib.

    Qeyd edək ki, Britaniya hökuməti bu gün Ukraynaya qarşı müharibənin dördüncü ildönümündə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

    Ukraynaya qarşı müharibənin dördüncü ildönümündə Böyük Britaniya 240 hüquqi şəxs, 7 nəfər və 50 gəmini Rusiyaya qarşı sanksiya siyahısına daxil edib.

    Çin və BƏƏ şirkətləri də məhdudiyyətlərə məruz qalıb.

    Rusiya şirkətlərindən sanksiyalara məruz qalanlar arasında "Rosatom"un strukturları, o cümlədən "Rusatom Overseas" ASC, "Transneft" və "Gazprom SPG Portovaya" MMC yer alıb. Həmçinin "Fora Bank", "Ak-Bars Bank", "Tochka Bank", "Absolut Bank" və "Transkapitalbank" (TKB) və digər Rusiya banklarına qarşı sanksiyalar tətbiq edilib.