BLOQ

Aİ hansı "erməni məhbusları" haqda belə canfəşanlıq edir?!

2 dekabr 2025-ci ildə imzalanmış Aİ-Ermənistan Strateji Gündəliyi hələ də diqqət mərkəzindədir FOTO

Aİ hansı "erməni məhbusları" haqda belə canfəşanlıq edir?!
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Xarici İşlər Nazirliyi artıq öz mövqeyini bildirib. Lakin, gəlin, sözdə "erməni məhbusları və digər saxlanılanlar" mövzusuna diqqət yetirək...

    Sənədin mətnində belə deyilir:

    «Continue advocating for the release of Armenian prisoners and other detainees, and making efforts to address pending humanitarian issues, including the fate of missing persons and enforced disappearances, as confidence-building measures».

    "Erməni məhbuslarının və digər saxlanılanların azad edilməsini müdafiə etməyə və itkin düşmüş şəxslərin və məcburi yoxa çıxmışların taleyi də daxil olmaqla, həll olunmamış humanitar məsələlərin həlli üçün səy göstərməyə davam edin".

    Əvvəla, Azərbaycanın, bəziləri artıq məhkum edilmiş, digərləri isə məhkəmə hökmünü gözləyən həbs olunmuş Ermənistan vətəndaşları məsələsini Brüssellə müzakirə etmək niyyəti yoxdur. Aİ-nin bu cür müzakirələrdə iştirak etmək öhdəliyi yoxdur və Brüsseldən kimsə bu məsələni qaldırarsa, müvafiq cavab alacaq.

    Lakin...

    Hansı erməni məhbuslarından danışırıq?

    Sənəddə bu suala cavab tapa bilməyəcəksiniz. Orada onlar yalnız "erməni məhbusları və digər saxlanılanlar" kimi müəyyən edilir. Amma neçə nəfər, onların tam adları və hansı ölkədə... bunların heç biri göstərilməyib.

    Çünki Ermənistanda da müharibə səbəbindən həbs edilən erməni məhbusları var axı! Bəli, bəli... Ermənistanda.

    Bunlar, ilk növbədə, Azərbaycan dövlət qurumları ilə əlaqə saxlayan və reinteqrasiya axtaran və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin işğal olunmuş ərazilərdəki nümayəndəliyi tərəfindən həbs edilən Qarabağdan olan erməni qruplarıdır.

    Xatırlayın ki, 2021-ci ildən 2023-cü ilə qədər Ermənistandan maliyyələşdirilən və Rusiyanın mövcudluğunu dəstəkləyən hərbi xunta onlarla Qarabağ ermənisini qondarma "xəyanət" ittihamı ilə həbs edib. Bunlardan sonuncusu 18 il müddətinə azadlıqdan məhrum edilmiş Sarkis Qalstyan idi.

    Görəsən, Aİ-çılər bu erməni məhbusların taleyi ilə maraqlanırmı? Aİ-nin Ermənistandakı nümayəndə heyəti onları həbsxanada ziyarət edirmi? Onlarla ümumiyyətlə maraqlanan varmı?

    Xüsusilə də Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra!

    Yoxsa Aİ-çilər insanlara selektiv yanaşma sərgiləyir?! Hətta ermənilərə belə...