Aİ İrəvana Rusiya təsirinə qarşı çevik qrup göndərəcək
Bu barədə "Azatutyun" radiosu məlumat yayıb
Aİ ölkələri Ermənistanda parlament seçkisi ərəfəsində Rusiyanın hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün İrəvana çevik reaksiya qrupunun göndərilməsini təsdiqləyiblər.
Bu barədə "Azatutyun" radiosu Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, missiya 9-14 mütəxəssisdən ibarət olacaq. Komandanın martın sonu və ya aprelin əvvəlində ölkəyə gələcəyi və 10-15 iş günü ərzində işləyəcəyi gözlənilir.
"Mütəxəssislər Ermənistan hökumətinə müxtəlif seçkilərlə bağlı ssenarilərdə böhrana cavab və kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı məsləhət verəcəklər. Bundan əlavə, missiya qanunsuz seçki maliyyələşdirilməsi hallarının müəyyən edilməsində müvafiq qurumlara dəstək verəcək və seçki proseslərinə xarici müdaxilə barədə ictimaiyyətin məlumatlılığını artırmağa kömək edəcək."
1 dəqiqə