XƏBƏRLƏR / Diplomatiya

Aİ Qarabağda sülhün təmin olunmasına dəstək verməyə hazırdır

Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Xankəndiyə səfəri zamanı deyib

Aİ Qarabağda sülhün təmin olunmasına dəstək verməyə hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqı (Aİ) Qarabağda sülhün təmin olunmasına yönəlmiş proses çərçivəsində Azərbaycan və region ölkələri ilə praktiki əməkdaşlığa hazırdır.

    Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Xankəndiyə səfəri zamanı deyib.

    Maqdalena Qrono bildirib ki, sülh prosesinə əsasən yerli aktorlar rəhbərlik edir və Aİ bunu tam şəkildə dəstəkləyir: “Biz hər iki hökumət və hər iki ölkə ilə çox praktiki fəaliyyətlərin həyata keçirilməsində tərəfdaş olmağa hazırıq”.

    M.Qrono qeyd edib ki, Aİ regionda, xüsusilə minatəmizləmə sahəsində mühüm tərəfdaşlardan biri olub. Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər insanların öz yaşayış yerlərinə qayıtması üçün əlverişli mühitin yaradılmasına xidmət edir.