Aİ Rusiya qarşı 18-ci sanksiyalar paketini qəbul edəcək
Aİ səfirləri sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bu barədə AFP məlumat yayıb.
Qeyd edək ki, Aİ xarici işlər nazirləri iyunun 15-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edə bilməyiblər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, sanksiyalar yenidən Slovakiya tərəfindən bloklanıb.
Təsdiqlənmiş məhdudiyyətlər bu günə qədər Rusiyaya qarşı "ən sərt" sanksiya paketlərindən biri olacaq.
Yeni paket “Şimal axını” qaz kəmərlərini, eləcə də Brüsselin Rusiya neft tədarükləri ilə əlaqələndirdiyi “kölgə donanması” adlanan 105 gəmini hədəf alacaq. Məhdudiyyətlər Rosneft-in Hindistandakı neft emalı zavoduna təsir edəcək. Aİ ölkələri də Rusiyadan gələn neftin qiymət tavanını aşağı salmağa razılaşıblar.
“Biz Rusiya hərbi sənayesinə və sanksiyalardan yayınmağa imkan verən Çin banklarına təzyiqi artıracağıq və pilotsuz təyyarələr üçün istifadə olunan texnologiyanın ixracını əngəlləyəcəyik”, - Kallas X sosial media səhifəsində yazıb.