Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyib
Bu barədə TASS məlumat yayıb

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyib.
Bu barədə TASS məlumat yayıb.
Bu arada, Avropa İttfaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinə Rusiyadan olan 13 bankın və daha çox fiziki şəxslərin və şirkətlərin daxil edildiyi bildirilir. Bu barədə "The Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı, eyni zamanda, Rusiyadan müəyyən növ alüminiumun idxalını tədricən qadağan etməyi planlaşdırır.