XƏBƏRLƏR / WUF13

Aktyor Riçard Gir WUF13-ə VİDEOMÜRACİƏT edib

Film Riçard Girin təsis etdiyi “Gere Foundation” tərəfindən hazırlanıb

Aktyor Riçard Gir WUF13-ə VİDEOMÜRACİƏT edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün WUF13-də, Bakıda bütün dünyada şəhərlərə təsir edən və insanların həyatının ən dərin qatlarına qədər gedib çıxan evsizlikdən danışırıq. Biz buradayıq, çünki şəhərlərimizin hər kəs üçün mərhəmət, təhlükəsizlik və həqiqi aidiyyət yeri ola biləcəyinə inanırıq.

    Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “What no one wants to see: Homelessness, a cause we must make visible” (Heç kimin görmək istəmədiyi şey: Evsizlik - görünən etməli olduğumuz bir məsələ) filminin nümayişi zamanı məşhur aktyor Riçard Gir videomüraciətində deyib.

    O vurğulayıb ki, evsizliyin həlli mövcuddur və bu, hər bir insanın ev, təhlükəsizlik və ləyaqət hüququnu tanımaqla başlayır”, - deyə məşhur aktyor videomüraciətində bildirib.

    Qeyd edək ki, film Riçard Girin təsis etdiyi “Gere Foundation” tərəfindən hazırlanıb.