14:03
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Qeyd edək ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlaşıb. Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb.
***
10:29
Bu gün Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşacaq.
Bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, bununla da Şuşa ilə qardaşlaşan şəhərlərin sayı 10-a çatacaq.
1 dəqiqə