Almatıda TBNM üzrə Fəaliyyət Planı imzalanıb
Qazaxıstanda “Yeni İpək Yolu” 7-ci Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca dəmir yolu maneələrinin aradan qaldırılması üzrə Fəaliyyət Planı imzalanıb
Qazaxıstanın Almatı şəhərində “Yeni İpək Yolu” 7-ci Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilib.
Tədbirdə Azərbaycandan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Forumun əsas mövzuları beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistik potensialın reallaşdırılması olub.
Forum çərçivəsində “Nəqliyyat bağlantısı və nəqliyyat dəhlizlərinin sinxronlaşdırılması” mövzusunda panel sessiyası, TDT-ə üzv dövlətlərin Birləşmiş Ərazilərinin nəqliyyat nazirlərinin 8-ci iclası, TBNM ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib.
Tədbir zamanı bir sıra mühüm sənədlər, o cümlədən TBNM marşrutunun dəmir yolu seqmentində mövcud maneələrin aradan qaldırılması üzrə Tədbirlər Planı, Transxəzər marşrutu üzrə nümayəndə heyətlərinin görüşünün Protokolu və TDT-yə üzv dövlətlərin nəqliyyat nazirlərinin VIII iclasının yekunlarına dair Kommünike imzalanıb.