XƏBƏRLƏR / COP29

Almaniya iqlim sahəsində əməkdaşlığa hazırdır

Bunu bu gün COP29 çərçivəsində Bakıda Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib

Almaniya iqlim sahəsində əməkdaşlığa hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniya iqlim dəyişikliyi sahəsində ayrı-ayrı ölkələrlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

    Bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.

    O deyib ki, bu sahədə irəliləyişə nail olmaq üçün həm mitiqasiya tədbirlərinin gücləndiriməsi, həm də iqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində addımları genişləndirilməlidir:

    “Avropa İttifaqı və Almaniya iqlim maliyyəsinin təminatına dəstək sahəsində əməkdaşlığa hazırdır. Bu sahədə beynəlxalq inkişaf banklarının imkanlarından istifadə olunması və özəl sektorun bu sahəyə cəlbi çox vacibdir. Biz həm Almaniya, həm də Avropa olaraq buradayıq".