Almaniyada vəfat edən erməni Türkiyə bayrağı ilə dəfn edildi
Bu, Koreya müharibəsinin veteranı Minas Kayanın öz vəsiyyəti olub
Almaniyanın Bremen şəhərində erməni əsilli Türkiyə vətəndaşı, Koreya müharibəsinin veteranı Minas Kaya dünyasını dəyişib. Ölümündən əvvəl Minas, bir Qazi kimi, cənazəsinin Türkiyə bayrağına bürünməsini vəsiyyət edib.
Onun qızı mərhumun son vəsiyyətini həyata keçirib. O, sosial şəbəkədə "Atamın yeganə son vəsiyyəti Türkiyə bayrağına sarılıb son səfərinə getmək olub. Biz bunu bacardıq", yazıb.