Almaniyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək
Bu barədə "Reuters" xəbər verir
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün Azərbaycana gələcək.
Bu barədə "Reuters" xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün Azərbaycana gələcək. Bu, onun Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri təyin olunduqdan bəri ölkəyə ilk səfəridir.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin məqsədi ikitərəfli münasibətləri daha da inkişaf etdirməkdir.
Bakıda Vadeful, o cümlədən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rəsmi şəxslərlə danışıqlar aparacaq. Tərəflər iyul ayında razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsini, eləcə də Cənubi Qafqazda sülh prosesini müzakirə edəcəklər.
Çərşənbə günü Almaniya xarici işlər naziri Ermənistana səfər edəcək və orada Baş nazir Nikol Paşinyan və Xarici İşlər naziri Ararat Mirzoyanla görüşəcək.
Maraqlıdır ki, nazirin Cənubi Qafqaz turnesində Gürcüstana səfər nəzərdə tutulmayıb.
1 dəqiqə