Amerika yəhudiləri Trampa erməni lobbisindən şikayət etdi
Tramp administrasiyasına ünvalanan məktuba Amerikanın Azərbaycan Yəhudi Assambleyası da imza atıb

Amerikanın Azərbaycan Yəhudi Assambleyası və Amerika Yəhudi Komitəsi Tramp administrasiyasına erməni lobbisini ifşa edən məktub ünvanlayıb. Məktubda Amerika Erməni Milli Komitəsi (ANCA) antisemitizmdə suçlanıb.
Məktubda deyilir:
"ABŞ-dakı əsas erməni lobbisi olan ANCA aqressiv şəkildə İsrailə qarşıdır və sənədləşdirilmiş antisemitizm tarixinə malikdir. ABŞ administrasiyası və Konqresi bu təhlükəni tanımalı və qətiyyətli addımlar atmalıdır".