“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
Müdafiə Nazirliyi xəbər verir
Türkiyənin Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin olunması və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.

Qeyd edək ki, aprelin 17-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
1 dəqiqə