XƏBƏRLƏR / Hadisə

ANAMA-nın 4 əməkdaşı Füzulidə yol qəzasına düşüb

Bu barədə ANAMA mətbuat xidməti məlumat yayıb

ANAMA-nın 4 əməkdaşı Füzulidə yol qəzasına düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə yol qəzasına düşüb.

    Bu barədə ANAMA mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iyulun 5-də Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

    İctimaiyyətə əlavə məlumat veriləcək.