20:11
Oktyabrın 9-da Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin sədrliyi ilə keçirilən müzakirələrin yekunları ilə bağlı protokol imzalanıb.

Tədbir çərçivəsində ikitərəfli və üçtərəfli danışıqlar aparılıb.
***
13:00
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli iclası keçirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
O, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çikovani ilə də ikitərəfli görüş keçirəcək.
Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
1 dəqiqə