Ankarada TDT dezinformasiya ilə mübarizə üzrə forumu açılıb
Tədbir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilib
Ankarada Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə iki günlük forumu açılıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən tədbir türk dünyasında informasiya təhlükəsizliyinin gücləndirilməsinə, dezinformasiya ilə mübarizədə birgə yanaşmaların hazırlanmasına və media sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunub.
Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprdən nümayəndələr iştirak edirlər.
1 dəqiqədən az