Annalena Berbok Bakı ilə İrəvanın Berlin danışıqları barədə
Almaniyanın XİN rəhbəri Azərbaycan-Ermənistan görüşü haqda paylaşım edib
Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok özünün "X" sosial şəbəkəsindəki səhifəsində Berlində sülh müqaviləsi layihəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan iki günlük danışıqları şərh edərkən yazıb.
"Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yoldadır. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir." , - nazir qeyd edib.