
10-12 mart 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan III Antalya Diplomatiya Forumu təxirə salınıb.
Bu barədə TRT Haber məlumat yayıb.
“III Antalya Diplomatiya Forumunun Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar bu ilin sonunda keçirilməsi nəzərdə tutulub. Təəssüflər olsun ki, fevralın 6-da əsrin ən dağıdıcı təbii fəlakətlərindən biri olan Türkiyədə iki dağıdıcı zəlzələ baş vermiş, xalqımızı dərin kədərə qərq etmişdir. Bu şəraitdə biz III ADF-in bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq”, - deyə məlumatda qeyd olunub.