Qayıdış

Xankəndidə ikinci məktəbin açılması planlaşdırılır

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib

Xankəndidə ikinci məktəbin açılması planlaşdırılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərimizdə 20 təhsil müəssisəsi, 2300 şagird var. Həmçinin 200-ə yaxın azyaşlı uşaq bağçaya gedir.

    Bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

    “2026-ci ilə qədər yeni təhsil müəssisələrini görəcəyik. Xankəndidə 4 nömrəli məktəb demək olar ki, tam dolub. Ona görə də növbəti ildə ikinci məktəbin açılmasını planlaşdırırıq”, - deyə nazir bildirib.