Antalyada NATO XİN rəhbərlərinin toplantısı davam edir
Toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrlik edir

İstanbulda Rusiya-Ukrayna danışıqlarının başlaması gözlənildiyi halda, ikinci gündür Antalyada Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilir.
İclasda NATO-ya üzv olan 32 ölkənin nümayəndələri, o cümlədən: Alyansın Baş katibi Mark Rutte və ABŞ dövlət katibi Marko Rubio iştirak edir.