Səfirimiz Taliban XİN rəhbərinin müavini ilə görüşdü
Azərbaycan Əfqanıstanla mədəniyyət, iqtisadi və ticarət sahələrində əməkdaşlığa hazırdır
Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Taliban xarici işlər nazirinin müavini Şirməhəmməd Abbas Stankəzai ilə görüşüb.
Görüşdə nazir müavini Əfqanıstanın iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışdığını, balanslaşdırılmış və iqtisadi yönümlü siyasət yürütdüyünü, eləcə də bütün ölkələrlə yaxşı münasibətlərə maraqlı olduqlarını vurğulayıb.
Səfir İlham Məmmədov təhlükəsizliyin təmin edilməsi, iqtisadi tərəqqi və narkotiklərlə mübarizə sahəsində səyləri yüksək qiymətləndirib. Bununla yanaşı, Azərbaycanın Əfqanıstanla bu sahədə, eyni zamanda, mədəniyyət, iqtisadi və ticarət sahələrində əməkdaşlığa hazır olduğunu bildirib.