XƏBƏRLƏR / Hava

Aran rayonlarında və Naxçıvanda 41 dərəcə isti olub

Faktiki hava

Aran rayonlarında və Naxçıvanda 41 dərəcə isti olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aran rayonlarında, eyni zamanda Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Avqustun 5-i saat 09:00-a olan məlumata əsasən, havanın maksimal temperaturu həmçinin Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda isə 34 dərəcə isti olub.

    Xatırladaq ki, ölkə ərazisində isti hava şəraiti davam edir.