Ararat Mirzoyan Nyu-Yorka işgüzar səfərə gedib
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.
Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.