Arayik Arutyunyan və Cəlal Arutyunyan beynəlxalq axtarışda
Bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib
Baş prokuror beynəlxalq axtarışa verilmiş Arayik Arutyunyan və Cəlal Arutyunyandan danışıb.
“Arayik Arutyunyan, David Babayan və Cəlal Arutyunyan 44 günlük müharibə zamanı Gəncənin mülki əhalisinə raket hücumları və dinc əhalinin qətlə yetirilməsi ilə əlaqədar beynəlxalq axtarışa verilib”.
Bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, axtarışda olan David Babayan artıq həbs edilib. Bu və axtarışda olan digər şəxslər haqqında qısa zamanda ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.