XƏBƏRLƏR / İctimaiyyət

Ardıcıl dörd gün iş olmayacaq

Noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür

Ardıcıl dörd gün iş olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

    Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir.

    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.