İsraildəki Azərbaycan səfiri Holokost qurbanlarını yad edib
Muxtar Məmmədov bu barədə Twitter hesabında yazıb
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Holokost qurbanlarının xatirəsini ehtiramla yad edib.
“Bu gün biz Holokost qurbanlarını, yəhudi olduqları üçün öldürülən 6 milyon yəhudini yad edirik. Mən fəxr edirəm ki, Azərbaycan həmişə orada heç bir antisemitizm olmadan hamı ilə dinc yanaşı yaşayan çoxlu yəhudilərin vətəni olub”, o, Twitter hesabında bildirib.
Holokost, 1933-1945-ci illər arasında nasistlər və onların tərəfdarları tərəfindən həyata keçirilən təxminən 6 milyon avropalı yəhudinin sistematik təqib və qətli rejimidir.