ARTİLLERİYA ALLAHI - Əliağa Şıxlinski
Bu veriliş ANS televiziyasında 23.04.2015-ci ildə çəkilib və yayımlanıb.
Əliağa Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. O yazırdı ki, onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir. Əliağa Şıxlinskinin həm də iki qardaşı olmuşdur.